Almatıda partlayış səsləri! - Havada kəskin kimyəvi qoxu...

Qazaxıstanın ən böyük şəhəri və köhnə paytaxtı Almatının Türksib rayonunun həyətlərindən birində partlayış səsləri eşidilib. Bu barədə "Sherg.az" "RİA novosti"yə istinadən xəbər verir.
"Sputnik Қазақстан"ın jurnalisti bildirib ki, təxminən üç partlayış olub. Daha sonra havada kəskin kimyəvi qoxu yaranıb.
"Mən partlayışları görmədim, sadəcə səsini eşitdim. İnsanlar həyətə qaçmağa başladılar. Mən jalüzləri bağladım, pəncərədən uzaqlaşdım və işığı söndürdüm", - deyə o qeyd edib.

Xanlar ƏLİBƏY