Abşeronda gənc oğlan dəm qazından zəhərləndi

Abşeronda zəhərlənmə hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü İsmayılov Atabəy yaşadığı mənzildə dəm qazından zəhərlənib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.