Paytaxtda 21 yaşlı gənc zəhərlənib


Bakıda 21 yaşlı gənc dəm qazından zəhərlənib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. 2001-ci il təvəllüdlü Mehdiyev Əzim İmran oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.

Zərərçəkən təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.