Goranboyda ana və qızı dəm qazından zəhərlənib

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində baş verib.

Qəsəbə sakini 1984-cü il təvəllüdlü N.Əmrahova və onun qızı 2006-cı il təvəllüdlü R.Əmrahova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.


Onlara lazımı tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumatına görə, ana və övladı yaşadığı evdə dəm qazından zəhərləniblər.