Gənc qız dəm qazından zəhərləndi

Bakıda 25 yaşlı gənc qız dəm qazından zəhərlənib.
“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Bakıxanov qəsəbəsində yaşadığı evdə dəm qazından zəhərlənən 1997-ci il təvəllüdlü Bünyadzadə Səma Bəhruz qızı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.