İsmayıllıda qadın evdə yanaraq öldü


İsmayıllı rayonunda yanğın hadisəsi baş verib. 

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Quşencə kəndində baş verib. 

Savetxan Muradalıyevə məxsus ikimərtəbəli ev yanıb.

Baş verən hadisə zamanı 1943-cü il təvəllüdlü Ruhəngiz Muradalıyeva yanaraq ölüb.