Saatlıda kişi evinin həyətində intihar etdi

Saatlı rayonunda intihar hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Qaranuru kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1953-cü il təvəllüdlü Nəsirov Mirzağa Mirzə oğlu yaşadığı evin həyətində özünü asaraq intihar edib.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.