Xaçmazda oğul 66 yaşlı anasına balta ilə xəsarət yetirib

Xaçmazda oğul 66 yaşlı anasını balta ilə yaralayıb.
“Report” xəbər verir ki, rayonun Əzizli kənd sakini Sultanova Səmən Fətəli qızı balta zərbələrindən xəsarət alıb.
F.Sultanovaya ailə münaqişəsi zəminində oğlu tərəfindən balta ilə xəsarət yetirdiyi bildirilib.
Yaralı təcili tibbi yardımın köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sifət və baş nahiyəsinin kəsilmiş-deşilmiş yaraları, açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Qadının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.