İranda 4,5 bal gücündə zəlzələ baş verib

İranın şərqində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 577 min insanın yaşadığı Kirman şəhərindən 38 km şimal-şərqdə 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.