Qazaxda qadın sirkə turşusu içərək zəhərlənib

Qazaxda qadın zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Orta yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Onun hansı səbəbdən sirkə turşusunu içməsi məlum deyil.