Həyat yoldaşını öldürərək, evdə qazı açıq qoydu...

Gürcüstanın Laqodexi rayonunda dəhşətli cinayət hadisəsi törədilib.

Sherg.az 24News.ge-ə istinadən xəbər verir ki, kişi öz həyat yoldaşını öldürüb, daha sonra isə evdə qazı açıq buraxıb.

İlk öncə 35 yaşlı qadının qaz sızması nəticəsində öldüyü bildirilsə də daha sonra onun həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilib.

Faktla bağlı Daxili İşlər Nazirliyi cinayət məcəlləsinin 109-cu maddəsi əsasında (qəsdən adamöldürmə) istintaq başladıb.