Dəhşət anları: 5-çi mərtəbədən düşdü, həyat mücadiləsi verir

Antaliyada 5-çi mərtəbədə balkona çıxan Y. E. (36), anası ilə nənəsi tutmağa çalışsa da yerə düşərək yaralanıb.  Ombası və ayaqları sınan Y.E.ın, həyati təhlükəsi qalır.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə dünən saat 16.15-də, Gənclik Məhəlləsi, 1315 küçəsindəki binanın 5-çi mərtəbəsində baş verib. Psixoloji problemləri olduğu ifadə edilən Y. E., balkonuna çıxıb. Bu zaman balkona gələn anası H. E. ilə nənəsi, Y.E.ı tutmağa çalışıb, ancaq alınmayıb. Y. E., alt mərtəbədəki balkonun dəmirinə çırpılaraq yerə düşüb.
Təcili yardım ilkin müdaxilədən sonra Y.E.ı xəstəxanaya aparıb. Omba və ayaqları sınan Y.E.ın həyatı təhlükədədir.




Turan