Abu- Dabiyə PUA hücumu: Ölən və yaralananlar var


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə "ADNOC" neft şirkətinin anbarlarının yaxınlığındakı Musaffah sənaye zonasında neftlə dolu üç tanker partlayıb.

Bu barədə "sherg.az" "haber7.com"a istinadən xəbər verir.

Əbu-Dabi polisi hadisələrin Pilotsuz Təyyarə Aparatlarının hücumu nəticəsində ola biləcəyini açıqlayıb. Ərəb koalisiyası İranın dəstəklədiyi husilərin PUA-dan istifadə edərək hücum etdiklərini müəyyən edib. 

Məlumata görə, hücumlar nəticəsində 3 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Qeyd edək ki, husilər BƏƏ-də baş verən hadisələrin təfərrüatlarını yaxın saatlarda açıqlayacaqları barədə məlumat yayıblar: "BƏƏ-yə qarşı əməliyyatın təfərrüatlarını paylaşacağıq".

Xanlar ƏLİBƏY