DİN metroda xoşagəlməz hərəkətlər edən gənclərlə bağlı araşdırma aparır

Sosial şəbəkələrdə metroda bir qrup gəncin xoşagəlməz hərəkətlər etməsi ilə bağlı görüntülər yayılıb.

Trend-in məlumatına görə, görüntülər həmin gənclər tərəfindən qeydə alınaraq yayılıb. Həmin şəxslər metronun boş olmasından istifadə edərək, müxtəlif xoşagəlməz hərəkətlər ediblər.

Məsələ ilə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, görüntülərlə bağlı Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.