Bakı metrosunda qatarda nasazlıq olub

Saat 18:37-də "Həzi Aslanov-Dərnəgül" xətti ilə hərəkət edən qatarda nasazlıq yaranıb.

Bu barədə APA-ya Bakı Metropoliteni QSC-dən məlumat verilib.

Bildirilib ki, qatar nasazlıq səbəbilə "Nizami" stansiyasından depoya göndərilib.

Əvəzinə ehtiyat qatar xəttə verilib.