Azərbaycanda məktəb direktoru faciəli şəkildə öldü

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, rayonun Qum kəndi ərazisində Məhəmməd Xəlilovun idarə etdiyi  “Mercedes-Benz” və Təbriz Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.

Nəticədə “Mercedes-Benz”də olan sərnişinlərdən rayon sakini Dilafət Xəlilova aldığı xəsarətlərdən xəstəxanada ölüb, bacısı İradə Əliyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, ölən şəxs Lələli kənd tam orta məktəbinin direktorudur.