Paytaxtda avtomobil gənc oğlanı vuraraq xəsarət yetirib


Bakıda gənc oğlanı avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda yerüstü piyada keçidində qeydə alınıb. Avtomobil piyadalar üçün nəzərdə tutulan ərazidən keçən 1988-ci il təvəllüdlü Tağıyev Emil Zaur oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.