Yasamalda 31 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb


Bakıda 31 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Məmmədovs Gülsanə Məmməd qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.