Sabirabadda 44 yaşlı kişi dəm qazından zəhərlənib


Sabirabad rayonunda yerli sakin dəm qazından zəhərlənib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Sabirabad şəhəri, Babək küçəsi 4-də qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1978-ci il təvəllüdlü Əliyev Elmir Balaxan oğlu evdə dəm qazından zəhərlənib. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.