Gəncədə ata və qızı dəm qazından zəhərlənib, ölən var

Gəncə şəhərində dəm qazından zəhərlənmə hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində yerləşən mənzillərin birində qeydə alınıb.

Orada yaşayan 1989-cu il təvəllüdlü Atamov Ruslan Rəşid oğlu və onun qızı, 2018-ci il təvəllüdlü Atamova Fatimə Ruslan qızı dəm qazından zəhərlənib.

Onlardan körpə xəstəxanaya yerləşdirilib, R.Atamov isə dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.