Göygöldə yük avtomobili yanıb

Göygöl rayonunda “Mercedes” markalı yük avtomobilinin mühərrik və kabinə hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.