Bəy toydan 3 gün sonra arvadını və onun bacısını bıçaqlayaraq öldürüb

Tatarıstanda toydan 3 gün sonra bəy həyat yoldaşını və onun bacısını bıçaqlayaraq öldürüb.

Sherg.az  APA-ya istinadən bildirir ki, hadisə Naberejnıye Çelnıda baş verib.

20 yaşlı gəlinin və onun bacısının meyitləri qohumları tərəfindən mənzildə aşkarlanıb.

Qeyd edək ki, toy şənliyi yanvarın 20-də keçirilib.

Hadisənin səbəbləri araşdırılır.