Azərbaycanda iki uşaq anası dəm qazından zəhərlənərək ölüb

Ağsu rayonunda iki uşaq anası dəm qazından zəhərlənərək ölüb. 
Oxu.Az-ın məlumatına görə, 1993-cü il təvəllüdlü Elnaz Əhmədzadə hamam otağında dəm qazından zəhərlənib. 
Onun həyatını xilas etmək mümkün olmayıb. 
Mərhumun iki azyaşlı uşağı qalıb. 
Faktla bağlı araşdırma aparılır.