“SpaceX” raketi nəzarətdən çıxdı: Ayla toqquşacaq

2015-ci ilin fevralında buraxılan “Falcon 9” missiyasını tamamladıqdan  sonra yanacağı tükəndiyi üçün idarəni itirib.
4 tonluq raketin yaxın həftələrdə  2,58 km/s sürətlə Ayla toqquşacağı  gözlənildiyi halda,  4 mart 2022-ci ildə baş verəcəyi göstərilir.

“Falcon 9” un hərəkətləri astronom Bill Qrey tərəfindən izlənilir. Qrey bunun 4 mart 2022-ci ildə baş verəcəyi qənaətinə gəldiyini açıqlayıb, lakin digər müşahidəçiləri tam miqyaslı tədqiqat və məlumatların toplanması üçün köməyə çağırıb.
Zərbənin dəqiq yeri hələlik məlum deyil, çünki raketin trayektoriyasına təsir edə biləcək bir sıra amillər var.
Ehtimallara görə, Aya dəyəcək “Falcon 9” raketi Yer üçün heç bir problem yaratmır. Toqquşmanın Yer kürəsindən müşahidəsinin mümkün olacağı gözlənilmir.

 Cəmilə ƏZİM