Bakıda 17 yaşlı qız 9-cu mərtəbədən yıxılaraq ölüb

Bakıda 17 yaşlı qız çoxmərtəbəli binadan yıxılaraq ölüb.
APA-nın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
2005-ci il təvəllüdlü Nuriyeva Gülnigar Faiq qızı çoxmərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılıb. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.