Bakıda 65 yaşlı qadını avtomobil vurub

Bakıda 65 yaşlı qadını avtomobil vurub.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Azadlıq prospektində yolu keçən 1962-ci il təvəllüdlü Qurbanova Reyhan Yusif qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.