Abşeronda avtomobil gənc qızı vuraraq ağır xəsarət yetirib

Abşeronda 21 yaşlı gənc qızı avtomobil vuraraq ağır xəsarət yetirib.

"Report"un məlumatına görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb. Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü İbrahimova Günel Arzu qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağın açıq qəlpəli sınıqları diaqnozu qoyulub. G.İbrahimovanın vəziyyəti ağır qiymətləndirilir.

Fakt araşdırılır.