Gəncədə sərnişin avtobusunun iştirakı ilə zəncirvarı qəza olub, xəsarət alanlar var - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan "OKA”, "VAZ 21010, "Mercedes” markalı avtomobillər toqquşub. Qəzadan sonra avtomobillərdən biri yol kənarında dayanan "Hyundai" markalı sərnişin avtobusuna çırpılıb. Qəza zamanı 2 nəfərin xəsarət aldığı bildirilir. Hadisə şahidlərin verdiyi məlumata görə, qəzaya səbəb olan "OKA" markalı avtomobil qəzadan sonra hadisə yerindən uzaqlaşıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.