8 saat qarla mübarizə: Əsgəri xilas etdilər

Türkiyənin Hakkari bölgəsinin Şəmdinli qəsəbəsində 2 min 800 yüksəklikdəki hərbi hissədə xəstələnən əsgərə çatmaq üçün qruplar səfərbər olub. 8 saat davam edən işlərdən sonra bölgəyə çatan sağlamlıq qrupları, əsgəri xəstəxanaya aparıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, mənfi hava şərtləri səbəbiylə bölgəyə vertolyot havalana bilmədiyinə görə qarla mübarizəyə başlamaq üçün sağlamlıq qruplarına xəbər verilib.
8 saatdan sonra bölgəyə çatan sağlamlıq qrupları xəstələnən əsgəri, təcili yardımla Şəmdinli xəstəxanasına aparıblar. Müalicə altına alınan əsgərin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.
































































Turan