Bakıda ərini qətlə yetirməkdə təqsirləndirilən qadın tutulub - YENİLƏNİB

Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadənin qətli ilə bağlı onun həyat yoldaşı saxlanılıb.

Suraxanı Rayon Prokurorluğundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb.

G.Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə, Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.