Ağsu sakinindən qanunsuz saxladığı odlu silah götürülüb

Ağsu sakininin sənədsiz odlu silahı müsadirə edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sherg.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çaparlı kənd sakini Cümşüd Ayadovdan müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi götürülüb.

Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.