Bu küçə zülmətə qərq olub! - İşıqfor və elektrik dirəkləri sönüb  - Qəzalı vəziyyət(FOTO)

Paytaxt Bakıda Bəxtiyar Vahabzadə küçəsi ilə  Mətbuat prospektinin kəsişməsində işıqforlar və elektrik dirəklərində işıqlar  sönüb. 

"Sherg.az"ın əməkdaşı xəbər verir ki, nəticədə yolda qəzalı vəziyyət yaranıb. İşıqforların işləməməsi hazırda piyadalar və sürücülər arasında çaşqınlıq yaradıb.