Pitbul 2 yaşlı uşağı parçaladı 

Pitbul cinsi it  2 yaşlı uşağı 40 fərqli nahiyəsindən dişləyib.
“Sherg.az” xəbər  verir ki, bədbəxt hadisəTayvanın cənubunda yerləşən Pinqtunq şəhərində  baş verib.
Pingtung Rayon Kənd Təsərrüfatı Nazirliyinin (DOA) direktoru Çenq Yunq-yu bildirib ki, pitbul cinsi it aprelin 3-də Pinqtunq şəhərinin Kandinq rayonunda evdən qaçaraq uşağı dişləyib. 

İtin sahibinin kiçik uşağı hücumdan xilas etməyə çalışdığı zaman özünün də it tərəfindən dişləndiyi öyrənilib. Müdaxilədən sonra xilas edilən uşağın 40 dəfə dişləndiyi və dərhal xəstəxanaya çatdırıldığı bildirilib. Vəziyyətinin yaxşı olduğu öyrənilən uşaq daha sonra Kaohsiung şəhərindəki başqa xəstəxanaya aparılıb.   
Digər tərəfdən, itin sahibi, it hələ balaca olarkən onu sahibləndiyini deyib. Həmçinin, o, itinin pitbul yox, bu cinsə oxşar xüsusiyyətlərə malik olan  qarışıq cins olduğunu iddia edib. Nazirlik itin sahibinin cəzalandırıla biləcəyini də açıqlayıb.