Doqquz yaşlı qız kolbasadan zəhərlənərək ölüb


Saatlı rayonunda uşaq zəhərlənib. 
Oxu.Az-ın məlumatına görə, zəhərlənən M.F. 2013-cü il təvəllüdlüdür. 
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 
İlkin ehtimala görə, azyaşlı qız kolbasadan zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.