Lahıcda torpaq sürüşməsi nəticəsində bağlanan yol açılıb

İsmayıllı rayonu, Lahıc qəsəbəsi ərazisində baş verən sürüşmə nəticəsində yola tökülən torpaq və daşlar təmizlənib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq İsmayıllı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, hadisədən sonra dərhal əraziyə texnikalar cəlb olunub və yol təmizlənib:

"Artıq avtomobillərin hərəkətinə heç bir manə yoxdur. Gediş-gəliş bərpa olub".