Vüqar Biləcərinin anası vəfat etdi

Mərhum meyxanaçı Vüqar Biləcərinin anası Mətanət Paşayeva vəfat edib.
Bu barədə Oxu.Az-a mərhum meyxanaçının sevgilisi Samirə Zeynalova məlumat verib. 
Bildirək ki, M.Paşayeva oğlunun qəbrinin yanında dəfn ediləcək.
Qeyd edək ki, Vüqar Biləcərinin anası öz 50 illik yubileyində insult keçirmişdi. Bu hadisə isə Vüqarın həyatında ən ciddi sarsıntı olub. O, bir çox müsahibələrində də evlənməməsinə səbəb olaraq anasının xəstə olmasını və toyunda oynaya bilməməsini göstərirdi.