Qazaxda "TIR" aşıb, Türkiyə vətəndaşı xəsarət alıb


Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayonun Yuxarı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "TIR" markalı yük maşının sürücüsü idarəetməni itirib.

Nəticədə yük maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü 1983-cü il təvəllüdlü Türkiyə vətəndaşı Jokan Oskan xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.