Lənkəranda yaşayış olmayan evdən meyit tapılıb

Lənkəranda yaşayış olmayan evdən kişi meyiti aşkarlanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Nərimanabad qəsəbəsində yaşayış olmayan evdən keçən aydan itkin düşmüş şəxsin meyiti tapılıb.
Ölənin 1983-cü il təvəllüdlü qəsəbə sakini Elşən Məmmədova aid olduğu müəyyən edilib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.