Bakı bulvarında özünü dənizə atan şəxs xilas edilib - FOTO


Bakı şəhəri Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində intihara cəhd olub.

APA xəbər verir ki, bir neçə dəqiqə əvvəl bir nəfər kişi özünü dənizə ataraq intihara cəhd edib.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.