Azərbaycanda 16 yaşlı qız ana oldu: Araşdırma aparılır - YENİLƏNİB

“Gəncədə 16 yaşlı qızın ana olması ilə bağlı araşdırma aparılır”. 
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.
O qeyd edib ki, Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb və məsələyə hüquqi qiymət veriləcək. 
Qeyd edək ki, ana və uşağın vəziyyəti normal qiymətləndirilir.

10:02

Gəncə şəhərində 16 yaşlı qız ana olub.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Belə ki, şəhər sakini A.B. Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli xəstəxanasında doğum edib. 

16 yaşlı qız 2020-ci ildə ailə həyatı qurub. 

Faktla bağlı araşdırma aparılır.