Azərbaycanda şagird bıçaqlandı

Siyəzəndə iki şagird arasında dava olub. 
Oxu.Az-ın məlumatına görə, hadisə Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbin ərazisində baş verib.
X sinif şagirdi M.B. IX sinif şagirdi S.A. tərəfindən bıçaqlanıb. M.B. xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Hadisəni törədən S.A. saxlanılıb. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov faktı Oxu.Az-a təsdiqləyib. 
Faktla bağlı araşdırma aparılır.