Gənc qız özünü Dağüstü parkda qayalıqdan atıb

Ötən gün səhər saat 10 radələrində gənc qız özünü Dağüstü parkda qayalıqdan atıb. 
Oxu.Az-ın məlumatına görə, Abşeron rayon, Xırdalan şəhər sakini olan qız xəstəxanaya çatdırılıb.
Kliniki Tibbi Mərkəzdən Oxu.Az-a bildirilib ki, Dağüstü parkda özünü hündürlükdən atan qız təcili tibbi yardım maşını ilə mərkəzə gətirilib:
“1999-cu il təvəllüdlü gənc qız ötən gün təcili olaraq KTM-in Reanimasiya şöbəsinə yerləşdirilib. Müayinələri aparılıb. Diaqnozu sağ bazu sümüyünün orta üçdəbirinin yerdəyişən, sol bud sümüyünün aşağı üçdəbirinin sınığı və bədənin müxtəlif nahiyələrində küt travmanın olması olub”.
Qeyd edilib ki, hazırda huşu aydındır, vəziyyəti isə ağır-stabil olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.