Baş nazir “müqəddəs” suyu içdi, sonra səhhəti pisləşdi

Hindistanda çayın təmiz olduğunu sübut etmək istəyən baş nazir “müqəddəs” suyu içdikdən sonra səhhəti pisləşib.
“Sherg.az” HaberGlobal-a istinadən xəbər verir ki,  Pəncab əyalətinin baş naziri olan Bhaqvant Mann həmin suyu içdikdən bir gün sonra xəstəxanaya yerləşdirilib.
Suyun təmiz və müqəddəs olduğunu iddia edən nazirin  hazırda infeksiyaya qarşı müalicə aldığı bildirilib.