Edam zamanı baş verənlər çoxlarını dəhşətə gətirdi...

Keçmiş sevgilisi Debbi Dits və onun atası Cin Ditsi öldürən Cozef  Vud 25 ildir ki, edam olunacağı günü gözləyirdi. İllər sonra həyata keçirilən edam zamanı baş verənlər çoxlarını dəhşətə gətirdi və edamın “dünyanın ən pis edamı” adlandırılmasına səbəb oldu...

Cozef  Vud sevgilisi Debbi Ditzlə yaşadığı problemlərə görə bir müddət əsəbi olub. İkisi arasındakı beş illik münasibət onların son mübahisəsindən sonra bitib. Lakin Vud bunu qəbul etməkdə çətinlik çəkirdi. Vudun Debbiyə olan marağı “takıntı” səviyyəsinə yüksəlmişdi. Təqvimlər 1989-cu ilin 7 avqust tarixini göstərirdi və ABŞ-nin Arizona ştatında yaşayan insanlar həddindən artıq istilərlə mübarizə aparırdı. Debbi Dits və atası Cin Dits ailələrinə məxsus idman mağazasında günün bitməsini gözləyirdilər. Debbi Ditz Cozef Vud ilə olan münasibətinə son qoyduğuna görə özünü rahat hiss edirdi. Elə həmin gün Vud mağazaya gəlməsi ilə Ditsin rahatlığı pozuldu. Keçirdiyi qısqanclıq və əsəbdən sonra Vud mağazada Debbi Dits və atası Cin Ditsi güllələyib öldürdü.

Hadisədən sonra saxlanılan Vud 25 fevral 1991-ci ildə hakim qarşısına çıxdı və iki dəfə 1-ci dərəcəli qətldə günahkar bilindi. Vud 2 iyul 1991-ci ildə ölüm cəzasına məhkum edildi. Bu məqamda heç kim bilmirdi ki, Vudun ölüm hökmü illər sonra “dünyanın ən pis edamı” kimi xatırlanacaq...

Cozef Vud barəsində çıxarılan ölüm hökmü onun məhkum edilməsindən düz 25 il sonra icra olunmalı idi. 2014-cü il iyulun 23-də Arizona ştatının Florensiya ştatının cəzaçəkmə müəssisəsində bir günlük ölüm hökmü üçün hazırlıq görülürdü. 25 il əvvəl 2 nəfəri öldürərək ölümə məhkum edilən Cozef Vud bədəninə zəhər yeridərək edam edilməli idi.
Edam üçün xərəyə qoyulan Vuddan son sözləri sorşulub.

“İlk növbədə, ölüm hökmünün ləğvi üçün səy göstərən hər kəsə təşəkkür etmək istərdim. 2007-ci ildə xristianlığı qəbul edəndən bəri özümü bu məqsədə hazırlamışdım. Əzablarımın bu gün bitəcəyini bilmək məni yaxşı hiss etdirir. Dua edirəm ki, burada hər kəsin qəlbində hüzur olsun. Allah hamınızı bağışlasın”,- deyə Vud son sözlərini deyib.

Saat 13:52-ni göstərəndə Vuda zəhər vuruldu. Edamda iştirak edən səlahiyyətlilər Vudun 10 dəqiqə ərzində öləcəyini təxmin edirdilər. Amma işlər yolunda getmirdi. Saat 13:52-də başlayan edam 117 dəqiqə sonra saat 15:49-da başa çata bilər. Bildirilir ki, 10 dəqiqə davam etməli olan edam zamanı Vudun çənəsi düşüb və sinəsi genişlənərək büzülüb. Vud ölməzdən əvvəl 600 dəfə xırıldayıb.

Vudun ölmədiyini və əziyyət çəkdiyini görən vəkillər edamın dərhal dayandırılması üçün məhkəməyə müraciət ediblər. Vəkillər tribunala bildiriblər ki, Vud bir saatdan artıqdır ki, kəsik-kəsik və ağır nəfəs alır. Vudun ölümündən bir saat sonra vəkillərin müraciəti rədd edilib.

Mübahisə böyüdüyünə görə, ştatın qubernatoru Yan Brever açıqlama verib. O, bildirib ki, qətldə təqsirli bilinən Cozef Vudun edamının bu qədər uzun çəkməsindən narahatdır.  Qubernator əlavə edib ki, edam zamanı baş verənlərin araşdırılması üçün lazımı göstərişləri verib.

Arizona ştatının baş prokuroru Tom Horne verdiyi açıqlamada Vudun iddiaların əksinə olaraq əziyyət çəkmədən dünyasını dəyişdiyini bildirib. Səlahiyyətlilər edam zamanı məhbusun qısa müddətdə komaya düşdüyünü bildiriblər. Vudun bu səbəbdən əziyyət çəkmədiyi qeyd olunub. Edam şahidləri isə verilən ifadələrin həqiqəti əks etdirmədiyini təkid ediblər.
Edamın şahidi olan jurnalist bildirib ki, Cozef Vud təxminən 5-10 saniyəlik fasilələrlə nəfəs alıb və bu müddət ərzində onun bədənində qıcolmalar olub. 

Digər şahid Maykl Kifr isə jurnalistlərə bildirib ki, bu, onun iştirak etdiyi beşinci edamdır və bu cür edamlar adətən 10 dəqiqə ərzində bitir: “Bu edam zamanı da məhkum 5 dəqiqə ərzində gözlərini yumdu, ancaq nəfəs aldığını görə bilirdik. Sudan çıxan balıq kimi ağzını açıb-bağlayaraq nəfəs almağa çalışırdı”.

Edamın şahidi olan və o zaman Arizona Baş Prokurorluğunun sözçüsü olan Stefani Qrişam jurnalistlərə yazdığı elektron poçtda Cozef Vudun əziyyət çəkdiyini inkar edib: "Şahidlərin və vəkillərin iddia etdiklərinin əksinə olaraq, Vud əziyyət çəkmədən öldü. Bu, şahidi olduğum ilk edam idi və məhbusun nə qədər sakit olduğuna təəccübləndim. Şübhəsiz ki, o, nəfəs almaqda çətinlik çəkmirdi və iddia edildiyi kimi nəfəs alarkən hönkürmürdü ”.

 Vudun edamından sonra Debbi Ditsin bacısı Ceyn Braun qeyd edib ki, bu 25 il ailəsi üçün çox uzun keçdi:

“Bu gün, avqustun 7-də gördüyüm edam 1989-cu ildə gördüklərimlə müqayisədə heç nə idi. Mən qatilin əziyyət çəkdiyinə inanmıram. Əsl ağrı ata və bacınızın qan içində yatdığını görməkdir. Ailəmdən qalanlar nəhayət bu dəhşətli hadisəni geridə qoya biləcək. Ömrümün sonuna qədər atam və bacım olmayacaq. Amma indi daha rahat yaşaya biləcəyəm”.

Ceyn Braunun həyat yoldaşı Riçard Braun da jurnalistlərə açıqlama verib.

 "Məncə, ölüm cəzasına məhkum edilmiş insanlar əziyyət çəkməyə layiqdirlər. Bu adam 25 il həbsdə yatdı. O, burada bizim vergilərimizlə yemək yedi, paltar və ayaqqabı geyindi. Həqiqətən ağrısnı hiss edənlər Debbi Dits və atası Cin Dits idi",- deyə bildirib.

 Mənbə: Milliyet