Adamın qalıqları köpək balığının qarnında tapılıb

Onun şəxsiyyətini bədənindəki döymə ilə müəyyən etmək mümkün olub

  Argentinanın cənubundakı Comdoro Rivadavia sahil qəsəbəsində yoxa çıxan Dieqo Barrianın qalıqları balıqçılar tərəfindən tutulan köpək balığının qarnında aşkarlanıb.
  Yerli mətbuata açıqlamalar verən polis məmuru Daniela Millatruz deyib ki, Barrianın şəxsiyyətini ailəsi tərəfindən  bədənindəki döymə ilə müəyyən etmək mümkün olub.
  Balıqçıların Argentinanın Çubut əyalətində tutduqları köpək balığını təmizləyərkən insan qalıqları aşkarladıqlarını bildirən Millatruz, hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib.
  Millatruz qeyd edib ki, Barrianın sonuncu dəfə çimərlikdə göründüyü və dənizdə çimdikdən sonra yoxa çıxdığı barədə məlumatı var.
Səlahiyyətlilər Barrianın güclü dalğalara tuş gəldiyini və dənizə sürükləndiyindən şübhələndiklərini bildiriblər.
  Comodoro Rivadavia polis rəisi Cristian Ansaldo da açıqlamasında Barrianın rəsmi şəxsiyyətini təsdiqləmək üçün DNT testinin aparılacağını bildirib. Ansaldo, Barrianın qalıqları olan köpəkbalığının uzunluğunun təxminən 1,5 metr olduğunu bildirib.
  Dieqo Barrianın həyat yoldaşı Virciniya Brugger sosial media hesabında ərinin qalıqlarının tapıldığını təsdiqləyərək "Ürəyim səninlə getdi. Səni sonsuza qədər sevəcəyəm", - deyə qeyd buraxıb.