Gürcüstanda texniki xidmət qatarı aşıb: Ölən və yaralananlar Azərbaycan vətəndaşlarıdır

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstanın Tsalka rayonundan keçən seksiyasında texniki xidmət qatarı relsdən çıxaraq aşıb.
APA xəbər verir ki, ötən gün baş vermiş qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölən şəxsin və xəsarət alanların Azərbaycan vətəndaşları olduğu bildirilir.
Dəmir yolu xəttinin sözügedən seksiyasında tikinti işlərinin Azərbaycan Dəmir Yolları şirkəti tərəfindən aparıldığı bildirilib.
Faktla əlaqədar cinayət işi açılıb.