Bakıda sürücü sərnişini qarət edib maşından atdı

Bakıda taksi sürücüsü sərnişinə qarşı soyğunçuluq edib.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, mayın 27-nə keçən gecə Binəqədi rayonu ərazisində taksi sürücüsünün sərnişinini itələyib avtomobildən düşürməsi və mobil telefonunu talayaraq getməsi barədə polisə məlumat daxil olub.
Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səmədzadə müəyyən olunaraq saxlanılıb.
Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.