Əvvəlcə döyülüb, sonra başından bıçaqlanıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, Maştağa qəsəbəsində 1991-ci il təvəllüdlü Əsgərov Əlyar Mirzə oğlu əvvəlcə döyülüb, sonra bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş nahiyəsində kəsilmiş bıçaq yarası diaqnozu qoyulub.

Fakt araşdırılır.