Qəbiristanlıqda minaatan, qumbara və xeyli sursat tapılıb

Bakıda qəbiristanlıqda silah-sursat tapılıb. 
APA xəbər verir ki, bu barədə DİN-dən bildirilib. 
Məlumata görə, Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla üzərindən narkotik vasitə aşkarlanan Bakı şəhər sakini F.Ağaməmmədovun rayon ərazisindəki qəbiristanlıqda gizlətdiyi 1 ədəd “RPQ-78” minaatan, 1 ədəd “F-1” qumbarası, 1 ədəd alışdırıcı və 758 ədəd patron aşkar olunaraq götürülüb.