Qarabağda terror aktında və yol qəzasında həlak olan polislərin adları dəqiqləşdirilib

Ermənilərin Xocavənddə törətdiyi terror aktında və Füzulidə yol qəzasında həlak olan polislərin adları dəqiqləşdirilib.

DİN-in mətbuat xidmətindən  bildirilib ki, sentyabrın 19-da Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində həyatını itirən polis əməkdaşının Həsənov Elşən Mehman oğlu yox, Məmmədov Rasim Oktay oğlu olması müəyyən edilib.